KXDR yanvarın 6-da ən yeni hipersonik ballistik raketinin buraxılışını həyata keçirib
Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 6-da ən yeni hipersonik ballistik raketin buraxılışını həyata keçirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Buraxılışı şəxsən Kim Çen In və ölkənin hərbi rəhbərliyi müşahidə edib.
Uğurlu buraxılışı şərh edən KXDR lideri bildirib ki, yeni hipersonik raketin hazırlanmasının məqsədi hücum ideyaları deyil, özünümüdafiədir. Eyni zamanda o vurğulayıb ki, KXDR-in yeni hipersonik raketi “dünyadakı istənilən raket əleyhinə müdafiə sistemini effektiv şəkildə dəf etmək qabiliyyətinə malikdir”.
Kim Çen Inın sözlərinə görə, yeni hipersonik raket Asiya – Sakit okean regionunda KXDR-in təhlükəsizliyinə təhdid yaradan istənilən düşməni etibarlı şəkildə çəkindirmək üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Cənubi Koreya ballistik raketə görə KXDR-ə yeni sanksiyalar tətbiq edəcək
“Yonhap”: KXDR ballistik raket buraxıb
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
KİV: Koreya KXDR-ə cavab olaraq ballistik raket buraxıb
Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













