İsrailin cənubu Qəzzadan atəşə tutulub
İsrailin cənubu Qəzza bölgəsindən yenidən atəşə tutulub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər Fələstinin şimal hissəsindən azı bir raketin buraxılmasını qeydə alıblar. Raket Erez keçid məntəqəsi yaxınlığında düşüb.
Qeyd olunur ki, raket təhlükəsi səbəbindən İsraillə sərhəddə yerləşən Netiv HaAsara kəndi yaxınlığında hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
2024-cü ilin ikinci yarısında Qəzza zolağından İsrail ərazisinin atəşə tutulması səngisə də, son həftələrdə hücumlar nəzərəçarpacaq dərəcədə artıb. İsrail ordusu da anklava hücumların intensivliyini artırır.
Oxşar xəbərlər
İsrailin şimalı Livandan atəşə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livan İsrail ərazisinə 15 raket atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: Qəzza zolağından ölkənin cənubuna yeni raket zərbəsi endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu: Livandan yeni atəş qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu ölkənin şimalının atəşə tutulduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













