Estoniya və Finlandiya arasında zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb
Fin körfəzində Estoniya və Finlandiya arasındakı zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb.
“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “Fingrid” enerji şirkətinin nümayəndəsi Kimmo Nepola “Helsingin Sanomat” qəzetinə bildirib.
"Əldə olan məlumata görə, təmir işləri iyulun sonuna qədər davam edəcək", - o qeyd edib.
Şirkət nümayəndəsi əlavə edib ki, kabeldə təmir işlərinin dəyəri on milyonlarla avro məbləğində qiymətləndirilir və xərclər “Fingrid” və Estoniyanın “Elering” ötürmə sistemi operatoru arasında bərabər bölünəcək.
Xatırladaq ki, Finlandiya və Estoniya arasındakı kabel dekabrın 25-də sıradan çıxıb. Finlandiya kabeli Kuk adalarının bayrağı altında üzən “Eagle S” tankerinin lövbərinin zədələməsindən şübhələnir və onun Fin körfəzindəki dörd beynəlxalq sualtı telekommunikasiya şəbəkəsinin zədələnməsində də rolu ola biləcəyini istisna etmir.
Oxşar xəbərlər
Almaniya XİN rəhbəri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya və Finlandiya dənizaltı rabitə kabelinin zədələnməsini araşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmağa hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Rusiya ilə sərhədə nəzarəti gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Burduja: Qara Dəniz Enerji Kabelinin tikintisi ən azı 3,5 milyard avroya başa gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












