Niderland Qırmızı dənizə freqat göndərəcək
sizinxeber.az xəbər saytı

Niderland Qırmızı dənizə freqat göndərəcək


Niderland Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün missiyaya qoşulacaq və ora freqat göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında məlumat verilir.

Söhbət Niderland Hərbi Dəniz Qüvvələrinin “Zr. Ms. Tromp” freqatından gedir.

Qeyd olunub ki, hava hücumundan müdafiə freqatı gəmilərin dənizdə təhlükəsizliyini və sərbəst keçidini təmin etməyə kömək etməlidir.

Niderland həmçinin Qırmızı dənizə çoxfunksiyalı dəstək gəmisi “Zr. Ms. Karel Doorman”ı da göndərməyi düşünür.

Daha əvvəl məlum olub ki, Husi üsyançılarının Qırmızı dənizdə gəmiləri atəşə tutması səbəbindən Süveyş kanalının gəlirləri 2022-2023-cü maliyyə ilində rekord göstərici olan 9,4 milyard dollarla müqayisədə 55% azalıb.

Oxşar xəbərlər

ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ MN yüklərini daşıyan “Maersk” gəmiləri Qırmızı dənizdən keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdə keçirəcəyi əməliyyatda iştirak etmək qərarına gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər