ABŞ MN yüklərini daşıyan “Maersk” gəmiləri Qırmızı dənizdən keçib
Cəmi 10 gün əvvəl hücum riski ilə əlaqədar Qırmızı dənizdə bütün gəmilərinin hərəkətini qeyri-müəyyən müddətə dayandırmasına baxmayaraq, Danimarkanın “Maersk” şirkətinin gəmilərinə Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazından keçidə icazə verilib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Maersk Line” şirkətinin Amerikadakı törəməsi olan “Limited”in gəmilərini bütün hərəkət boyu qoruyur.
Yük həmçinin ABŞ Müdafiə Nazirliyinə də məxsusdur.
“Gəmilər boğazdan ABŞ Hərbi Dəniz Qüvvələrinin bölmələrinin mövcudluğu səbəbindən keçə biliblər, çünki bununla ekipaj və yüklər üçün təhlükə azaldıb. Bu gəmilərdəki yüklər ABŞ Müdafiə Nazirliyinə, Dövlət Departamentinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və ABŞ-ın digər dövlət qurumlarına aiddir və buna görə də boğazdan keçərkən ABŞ Hərbi Dəniz Qüvvələrinin mühafizəsi altında olublar”, - şirkətdən bildirilib.
Daha əvvəl “Maersk” şirkətindən beynəlxalq qüvvələr tərəfindən Qırmızı dənizdə gəmilərin hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək üçün orada həyata keçirilən “Prosperity Guardian” əməliyyatının başlanmasından sonra gəmi daşımalarının bərpa ediləcəyi bildirilmişdi. Amma dekabrın 30-da “Maersk Hangzhou” konteyner gəmisinin raketlə vurulmasından sonra şirkət gəmilərinin Qırmızı dənizdə hərəkətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi.
Oxşar xəbərlər
ABŞ-nin gəmisi Qırmızı dənizdə husilərin iki raketini vurub
ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub
İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər
Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən yaxınlığında gəmiyə hücum edildiyini açıqlayıb
Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












