Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib
Çin Xalq Respublikası (ÇXR) böyük dövlətləri Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsində daha konstruktiv rol oynamağa çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin son bəyanatını şərh edərkən bildirib.
"Çin hesab edir ki, bütün tərəflər, xüsusilə də güclü dövlətlər Qırmızı dənizdə təhlükəsizliyinin təmin edilməsində konstruktiv rol oynamalıdırlar", - o bildirib.
V.Venbin qeyd edib ki, Çin həmişə beynəlxalq su yollarının təhlükəsizliyini qorumağı və mülki gəmilərə hücumların qarşısını almağı müdafiə edib.
Xatırladaq ki, Miller bəyanatında Çinin Qırmızı dənizdə husi qiyamçılarının hücumları ilə mübarizədə fəal rol oynamalı olduğunu bildirib. Onun qənaətincə, bu hücumlar Pekinə zərər vurur.
Oxşar xəbərlər
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdə keçirəcəyi əməliyyatda iştirak etmək qərarına gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə yüzlərlə hücum etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qırmızı dənizdəki vəziyyət Avropa üçün xərclərin artmasına səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












