ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub
ABŞ-nin Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub.
“Sizinxeber.az” “voanews”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder bildirib.
Onun sözlərinə görə, ABŞ-nin rəhbərlik etdiyi bu koalisiya Qırmızı dənizdə naviqasiya azadlığını və təhlükəsizliyi qorumağa sadiq olan dünyanın müxtəlif ölkələrindən ibarətdir.
Məlumata görə, husilərin ticarət gəmilərinə hücumları Qırmızı dənizdən neft tankerlərinin keçidini 40 faiz azaldıb. Bildirilib ki, bu həftə Bab əl-Məndəb boğazından cəmi 30 neft tankeri keçib. Bu isə əvvəlki üç həftə ərzində oradan keçən gəmilərin sayının 40 faiz azalması deməkdir.
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, əvvəllər Qırmızı dənizdə gəmilərə hücumlara İran icazə verib.
Oxşar xəbərlər
Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə yüzlərlə hücum etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












