21
dek
2023
02:38

yuxarı
Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdə keçirəcəyi əməliyyatda iştirak etmək qərarına gəlib

Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdə keçirəcəyi əməliyyatda iştirak etmək qərarına gəlib
Avropa İttifaqına (Aİ) üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın “Prosperity Guardian” əməliyyatında iştirak etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib.
“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə gəmilərin hərəkətinə təhlükə yaradır. Aİ-nin daimi nümayəndələrinin bugünkü fövqəladə iclasında üzv dövlətlər ABŞ-ın keçirəcəyi əməliyyata töhfə verməyə razılaşdılar”, - Aİ diplomatiyasının rəhbəri qeyd edib.