Afrikanın üç ölkəsi Fransa xuntasının başlatdığı saxta manevrləri izləyir
“Sahel Dövlətləri Alyansı” konfederasiyasına daxil olan Burkina-Faso, Mali və Niger liderləri ordularını maksimum döyüş hazırlığına gətirmək qərarına gəliblər.
“Report” xəbər verir ki, bu barədə üç ölkə liderinin bəyanatında deyilir.
Qeyd olunub ki, dövlət başçıları Fransa xuntasının başlatdığı saxta manevrləri böyük diqqətlə izləyir.
Bəyanatda Fransanın hərəkətlərinin Çad gölü hövzəsində, Saheldə və bəzi sərhəd bölgələrində, xüsusən Niger və Nigeriya, Niger və Benin, Niger və Burkina-Faso, Benin və Burkina-Faso arasında qrupların yenidən təşkili əməliyyatları ilə tamamlandığı vurğulanıb.
Xatırladaq ki, bir müddət öncə, Mali, Burkina-Faso və Niger Sahel Dövlətləri Alyansı adlı hərbi pakt imzaladıqlarını bəyan ediblər. Həmçinin onlar müdafiə sahəsində əvvəllər Parislə bağladıqları əməkdaşlıq haqqında müqavilələrə xitam verərək Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıblar.
Oxşar xəbərlər
Burkina-Faso özünün Atom Enerjisi Agentliyini yaradıb
Nigeriyada Fransa hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü narahatçılığı artırıb
Nigeriyada Fransa hərbi bazalarının ölkədə yerləşdirilməsinin mümkünlüyü ilə bağlı narahatlıq artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
