Əl-Cəzirə: Suriyanın yeni hökuməti ABŞ-ı sanksiyaları ləğv etməyə çağırıb
Hərbi əməliyyatlar ali komandanlığının təmsil etdiyi Suriyanın yeni hakimiyyət orqanları ABŞ hökumətini ərəb ölkəsinə qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Dekabrın 20-də Suriyanın paytaxtına ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens də səfər edib.
“Amerika nümayəndə heyətini Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırdıq. Biz ABŞ nümayəndə heyətinə Suriya xalqına müharibə və münaqişə bəlasından bir az ara vermək imkanının verilməsinin vacibliyini izah etdik. Suriya xalqının regionun xaosdan və xarici müdaxilədən xilas edilməsinə, Bəşər Əsəd rejimindən qurtulmasına töhfə verdik. Biz Amerika nümayəndə heyətinə müharibə cinayətkarlarını və keçmiş rejimin simvollarını mühakimə etməklə ədalətə nail olmağın vacibliyini bildirdik”, - komandanlığın məlumatda deyilir.
Oxşar xəbərlər
Əl-Cəzirə: Suriyanın yeni hökuməti ABŞ-ni sanksiyaları ləğv etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərəb Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya XİN-in rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Suriyanın azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












