sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Makron ciddi fəsadlara səbəb olan qasırğa ilə əlaqədar böhran iclası keçirəcək
Fransa Prezidenti Emmanuel Makron ölkənin dənizaşırı ərazisi sayılan Mayottanı vuran "Şido" qasırğasının nəticələri ilə bağlı böhran iclası keçirəcək.
“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.
“Bu gün axşam Daxili İşlər Nazirliyində Emmanuel Makronun sədrliyi ilə Mayottadakı vəziyyətlə bağlı böhran iclası keçiriləcək”, - məlumatda qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, “Şido” qasırğası nəticəsində ölənlərin sayı 14-ə çatıb. Regiona tibbi avadanlıqlarla təchiz edilmiş hərbi təyyarə göndərilib.
Oxşar xəbərlər
Mayottada “Şido” qasırğasında ölənlərin sayı 14-ə çatıb
Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq
Makron siyasi böhranı həll etmək üçün partiya liderlərini Yelisey Sarayına dəvət edib
Makron sonadək vəzifəsindən əl çəkməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

