Kuba Prezidenti Latın Amerikasında sülh zonasının yaradılmasını təklif edib
Kuba Prezidenti Miqel Dias-Kanel Karakasda Amerika xalqları Bolivar Alyansının Sammitində Latın Amerikası xalqlarının birliyi və bölgədə sülh zonasının yaradılması uğrunda çıxış edib.
Bu barədə "Sizinxeber.az" “Venezolana de Television” telekanalına istinadən xəbər verir.
"İmperializm heç vaxt xalqları bölmək məqsədindən əl çəkmədi, buna görə Latın Amerikası və Karib dənizinin sülh zonası elan edilməsinin mütləq aktuallığını təsdiqləyirik", - Dias-Kanel deyib. O, regional birliyinin yaradılmasının 20 illiyini qeyd edən alyans ölkələrinin iqtisadi inkişafı üçün inteqrasiyanın vacib olduğunu vurğulayıb.
Dias-Kanel ABŞ-nin Kuba və Venesuelaya qarşı birtərəfli məcburi tədbirlərin tam və qeyd-şərtsiz ləğv olunmasını tələb edib. Kuba lideri vurğulayıb ki, bu, beynəlxalq ictimaiyyətin tələbidir, çünki ABŞ hökuməti 62 ildir, Kubaya hər hansı bir ölkəyə qarşı tətbiq olunan ən sərt və uzunmüddətli birtərəfli məcburi tədbirlər sistemini tətbiq edir.
Oxşar xəbərlər
Kubada güclü zəlzələlər enerji infrastrukturuna ziyan vurub
KİV: Argentina Prezidenti BMT-də Kuba ilə bağlı səsverməyə görə XİN rəhbərini işdən çıxarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
