Fransanın müxalifət partiyası hökumətə etimadsızlıq göstərəcək
Solçu "Əyilməz Fransa” partiyası Baş nazir Fransua Bayrunun başçılıq etdiyi yeni hökumətə etimadsızlıq göstərəcəyini elan edib.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano "X" sosial şəbəkəsində yazıb.
Mişel Barnyenin rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabineti məhz etimadsızlıq votumu səbəbindən istefa vermək məcburiyyətində qalmışdı.
"Deputatların iki seçimi olacaq: Fransa Prezidenti Emmanuel Makronu dəstəkləmək və xilas etmək ya da senzura. Biz öz seçimimizi etmişik", - o bildirib.
Qeyd edək ki, Makron mərkəzçi "Demokratik Hərəkat" (MoDem) partiyasının lideri Fransua Bayrunu baş nazir təyin etməyi qərara alıb.
Oxşar xəbərlər
Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli sürüb
Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək
Fransa hökumətinə etimadsızlıq votumunun elan edilməsinə çağırış edilib
Makron hökumətə etimadsızlıq səsverməsi halında istefa verməyəcəyini bəyan edib
Fransa hökumətinə etimadsızlıq göstərilməsinə çağırış edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













