Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib
Özbəkistan Senatı Prezident Şavkat Mirziyoyevin təqdimatı əsasında Mamarizo Nurmuratovu Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edib.
Bu barədə “Report” Özbəkistan KİV-lərinə istinadən xəbər verir.
M.Nurmuratov Mərkəzi Banka 2017-2024-cü illərdə rəhbərlik edib. 2000-2004-cü illərdə Özbəkistanın maliyyə naziri olub, 2004-2006-cı illərdə isə Səmərqənd vilayətinə rəhbərlik edib.
Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib ki, Şavkat Mirziyoyev prezidentin iqtisadi sahələrin inkişafı, investisiya və xarici ticarət siyasətinin həyata keçirilməsi üzrə müşavirinin birinci müavini Timur İşmetovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizədliyini Senata təqdim edib.
Oxşar xəbərlər
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Şavkat Mirziyoyev: İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır
Şavkat Mirziyoyev Türkiyənin yüksək rütbəliləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











