Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb
Perunun şimalındakı San Martin bölgəsində avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, avtobus Moyobamba əyalətində Fernando Belaunde Terri şossesində "El Triunfo" kimi tanınan təhlükəli döngədə minik avtomobili ilə toqquşub. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.
KİV-in məlumatına görə, Piura bölgəsini tərk edən avtobusda 58 sərnişin olub ki, onlardan 23-ü məktəblidir.
Ölkənin təhsil naziri Morqan Kero başsağlığı verib və hökumətə dəstək vəd edib.
Oxşar xəbərlər
ABŞ-da avtobus qəzasında 7 nəfər ölüb, 40-a yaxın insan yaralanıb
Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb
Keniyada yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
