Gintautas Palukas Litvanın yeni Baş naziri olub
sizinxeber.az xəbər saytı

Gintautas Palukas Litvanın yeni Baş naziri olub


Litva Prezidenti Gitanas Nauseda Seym (parlament) tərəfindən hökumət başçısı vəzifəsinə təsdiq olunmuş Gintautas Palukası yeni Baş nazir təyin edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Litva Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fərman imzalandığı andan qüvvəyə minir.

Prosedura əsasən, hökumət rəhbəri 15 gün ərzində prezident tərəfindən təsdiq ediləcək kabineti formalaşdırmalı və parlamentin baxacağı fəaliyyət proqramını hazırlamalıdır.

Qeyd edək ki, kompüter sistemləri üzrə mütəxəssis olan 45 yaşlı Palukas Litva Sosial Demokrat Partiyasının sədr müavinidir.

Oxşar xəbərlər

Litva Prezidenti yeni Baş nazirə kabineti formalaşdırmağı tapşırıb
Litva Seyminə seçkilərdə qalib gələn partiyanın lideri baş nazir postundan imtina edib
Litva dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Litva MSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər