KİV: Niderland Şimal dənizinin mühafizəsinə özəl şirkətləri cəlb edəcək
Niderlandın Müdafiə Nazirliyi Rusiyadan gələn təhdidlər fonunda Şimal dənizindəki infrastrukturun qorunması üçün özəl şirkətlərin əlavə heyət və avadanlığını cəlb etməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Niderlandın “Pointer” jurnalist araşdırmaları mərkəzi məlumat yayıb.
Niderland hakimiyyətinin hansı şirkəti işə götürəcəyi və heyətin hansı səlahiyyətlərə malik olacağı hələ məlum deyil.
"Bu məsələ müxtəlif tərəflər və qurumlarla müzakirə olunur. Nümayəndələr Palatası (parlamentin aşağı palatası) patrul qüvvələrinin işə götürülməsi barədə məlumatlandırılacaq", - mərkəzdən bildirilib.
Qeyd olunur ki, Şimal dənizinin infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün özəl şirkətlərin cəlb olunması barədə qərar müvəqqəti xarakter daşıyır.
Xatırladaq ki, iyunda Niderland hökuməti Şimal dənizində infrastrukturun qorunması və təhlükəsizliyin gücləndirilməsi üçün 41 milyon avrodan çox vəsait ayırmağı qərara alıb.
Oxşar xəbərlər
Niderland Ukraynaya yeni yardım paketi ayırıb
Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
Niderland öz tank batalyonunu yaratmaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı daha bir açıqlama yayıb
