Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Çili prezidenti Qabriel Boriç məlumat verib.
“Bu günə qədər Valparaiso bölgəsində tibb xidməti yanğınlar nəticəsində 40 nəfərin öldüyünü və daha 6 nəfərin aldığı yanıq xəsarətlərindən xəstəxanalarda vəfat etdiyini təsdiqləyib”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, yanğınların xüsusiyyətlərini nəzərə alaraq, yaxın saatlarda faciə qurbanlarının sayının artacağı ehtimalı var.
Çilidə davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti daxili işlər naziri Karolina Toaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölkədə 92 yanğın hadisəsi baş verib, onlardan 40-ı lokallaşdırılıb.
Nazir əlavə edib ki, Valparaiso bölgəsindəki yanğınların söndürülməsinə üstünlük verilir.
Qeyd edək ki, Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Çili milli meşə idarəsi bildirib ki, təkcə Valparaisoda təxminən 7 000 hektardan artıq ərazi tamamilə yanıb.
Oxşar xəbərlər
Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 23-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 18-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












