sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 23-ə çatıb
Qvineyanın paytaxtı Konakrinin mərkəzində yanacaq anbarında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 23-ə çatıb.
"Report"un məlumatına görə, bu barədə AFP agentliyi Qvineya hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Agentlik bildirib ki, hadisə zamanı daha 241 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı məlum deyil.
Xatırladaq ki, bundan əvvəl Qvineya hökuməti 18 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirmişdi.
Konakridə böyük yanacaq anbarında güclü yanğın dekabrın 17-də baş verib.
Oxşar xəbərlər
Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 18-ə çatıb
Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb
Ermənistana daşınan yaralıların sayı açıqlandı
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb
Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













