Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı
sizinxeber.az xəbər saytı

Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı


Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqram kanalında məlumat yayıb.

“Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.

Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.

Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.

Oxşar xəbərlər

Kiyevdə Rusiyanın raket hücumu nəticəsində yaralananların sayı 45-ə yüksəlib
Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4
Qəzzada ölənlərin sayı 20 min 674-ə çatıb
Rusiyadan Ukraynaya kütləvi raket hücumu: Ölü və yaralıların sayı artdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər