Fransa XİN başçısı fevralın 3-6-da Yaxın Şərqə səfər edəcək
Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne regional gərginliyi azaltmaq yollarını axtarmaq üçün şənbə günü Yaxın Şərq turuna başlayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Kristof Lemuan bildirib.
“Nazir səfərinə şənbə günü başlayacaq və ardıcıl olaraq Misir, İordaniya və İsrailə səfər edəcək, oradan isə Ramallaha (Fələstin) gedəcək. Fransa diplomatiyasının rəhbəri səfər turunu Livana getməklə başa vuracaq”, - Lemuan deyib.
XİN sözçüsü Sejurnenin fevralın 6-da Fransaya qayıdacağını bildirib. Onun sözlərinə görə, nazirin səfərinin bir hissəsi Fransa prezidentinin Livan nizamlanması üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drianın missiyası ilə əlaqələndirilib və o da yaxın vaxtlarda Beyruta səfər etməyi planlaşdırır.
Oxşar xəbərlər
Makron Hindistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın yeni xarici işlər naziri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın xarici işlər naziri Çinə səfər etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın xarici işlər naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron İsveçə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












