Britaniyanın xarici işlər naziri Çinə səfər etməyi planlaşdırır
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron yaxın aylarda Çinin paytaxtı Pekinə səfər etməyi planlaşdırır.
“Report” a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildirib.
Onların məlumatına görə, bəzi beynəlxalq məsələlərdə ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, Kemeron Çin rəhbərliyi ilə dialoqdan vaz keçmək fikrində deyil.
“Xarici işlər nazirinin işi bizim rəqibimiz hesab edə biləcəyimiz insanlarla qarşılıqlı əlaqədən ibarətdir”, – mənbə nəşrə bildirib.
Xatırladaq ki, ötən ilin avqustunda krallığın ovaxtkı xarici işlər naziri Ceyms Kleverli son beş ildə Çinə səfər etmiş ilk XİN başçısı olub. Səfər zamanı Kleverli çinli həmkarı Van İ və Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə görüşlər keçirib.
Oxşar xəbərlər
İranın xarici işlər naziri Ermənistana səfər edəcək
Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək
Britaniyanın xarici işlər naziri husiləri hədələyib
Hakan Fidan Qırğızıstanın ardınca Tacikistana səfər edəcək
KTMT-nin Baş katibi sabah İrəvana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












