İranın xarici işlər naziri Ermənistana səfər edəcək
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 27-də Ermənistana səfər edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsində bildirib.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır.
Bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan sonuncu dəfə 2022-ci ilin oktyabrında Ermənistana səfər edib.
Oxşar xəbərlər
Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı
Bayramov Nyu Yorkda Mirzoyanla görüşəcək?
Rusiya və İranın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
İrəvana dəstəyimiz lazımdır: Mirzoyanla görüşəcəm
KTMT-nin Baş katibi sabah İrəvana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













