Hindistanda maoçu yaraqlılarla toqquşmada bir neçə polis əməkdaşı ölüb
Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında maoçu yaraqlılarla silahlı toqquşma nəticəsində 3 polis ölüb, 14-ü yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Ekstremistlər ştatın bir neçə yaşayış məntəqəsində reydlər keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Yaraqlılar arasında itkilər barədə məlumat yoxdur.
Hindistanda maoçular 1960-cı illərdən bəri ölkəyə silahlı basqınlar həyata keçirirlər. Onlar maoizm və marksizm-leninizmin özlərinə aid versiyalarını təbliğ edirlər və hazırda Hindistanın 28 əyalətindən 14-də fəaliyyət göstərirlər. Maoçular deyirlər ki, onlar yoxsul kəndliləri “kapitalist zülmündən” azad etmək niyyətindədirlər və tez-tez yerli əhalidən dəstək alırlar. Onlar cəngəllikdə gizlənib kəndlərə, məmurlara və polisə hücum edirlər. Hərəkatın üzvləri bir neçə il əvvəl "qırmızı dəhlizdə" - Nepaldan Cənubi Hindistana qədər "kapitalizmdən azad" zonalar yaratmağa söz veriblər.
Yeni Dehli maoçuları əsas daxili təhlükələrdən biri hesab edir.
Oxşar xəbərlər
Hindistanda məktəblilərin olduğu qayıq göldə çevrilib, 16 nəfər ölüb
Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib
İranda partlayışlar zamanı bir neçə polis əməkdaşı həlak olub
Hindistanda parlamentin 92 deputatı iclaslardan kənarlaşdırılıb
Nigeriyada silahlılar hərbi düşərgəyə hücum ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












