Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib
Hindistanın Kerala ştatında məhkəmə üç il əvvəl törədilən qətlə görə 15 nəfəri ölüm cəzasına məhkum edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
2021-ci ildə bir qrup şəxs qabaqcadan əlbir olaraq "BJP OBC Morcha" partiyasının yerli şöbəsinin katibi Ranjit Srinivasanın evinə soxularaq onu anası, həyat yoldaşı və qızının gözü qarşısında öldürüblər. Hücum edənlərin qadağan olunmuş Hindistan Xalq Cəbhəsi qrupunun və onun siyasi qolu olan Hindistan Sosial Demokrat Partiyasının üzvləri olduğu üzə çıxıb. Daha sonra onların hamısı saxlanılıb.
İttiham tərəfi onlara maksimum cəza istəyib.
Qeyd edək ki, Hindistanda ölüm cəzası ölkənin Cinayət Məcəlləsinə görə, qətl, terrorizmlə əlaqəli cinayətlər, zorlama, adam oğurluğu, narkotik ticarəti və casusluq üçün tətbiq edilir. Hazırda Hindistanda ölüm hökmündə olan 480-dən çox məhbus var. Sonuncu dəfə ölüm hökmü 2020-ci ilin martında icra olunub.
Oxşar xəbərlər
Hindistanda parlamentin 92 deputatı iclaslardan kənarlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda məktəblilərin olduğu qayıq göldə çevrilib, 16 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ölüm halları azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xanlar Vəliyev: "Tərtər işi" ilə bağlı vaxtında istintaq aparmışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












