İranda partlayışlar zamanı bir neçə polis əməkdaşı həlak olub
sizinxeber.az xəbər saytı

İranda partlayışlar zamanı bir neçə polis əməkdaşı həlak olub


İranın Kirman əyalətində baş verən iki partlayış nəticəsində üç polis əməkdaşı həlak olub.

"Report"un məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

“Kirmanda törədilən terror aktı nəticəsində xalqa xidmət edən üç polis əməkdaşı həlak olub”, - hüquq-mühafizə orqanlarının sözçüsü Sərdar Müntəzir əl-Mehdi bildirib.

Xatırladaq ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin ölümünün növbəti ildönümünə həsr olunmuş mərasim zamanı iki partlayış baş verib. "Tasnim" agentliyinin məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikincisi isə təxminən 1 km məsafədə baş verib. Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Oxşar xəbərlər

İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub
İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub
BMT Baş katibi İranda törədilən terror aktını pisləyib
İran Prezidenti: “Terror aktının sifarişçiləri və törədənlər müəyyənləşdirilərək cəzalandırılacaq”
İranda törədilən partlayışlarda ölənlərin sayı 103-ə çatıb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər