“Taliban” ABŞ ilə münasibətlərin normallaşacağına ümid edir
sizinxeber.az xəbər saytı

“Taliban” ABŞ ilə münasibətlərin normallaşacağına ümid edir


Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Donald Trampın prezidentliyi dövründə ABŞ ilə münasibətləri inkişaf etdirmək istəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

“Ümid edirik ki, Əfqanıstan və ABŞ qarşılıqlı fəaliyyətə əsaslanan ikitərəfli münasibətlərin yeni səhifəsini aça biləcəklər”, - agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından çıxarış verib.

Bundan əlavə, “Taliban” Tramp administrasiyasının iki ölkə arasında münasibətlərdə irəliləyişə yönəlmiş addımlar atacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.

Oxşar xəbərlər

KİV: Tramp prezident seçkilərində 267 səslə liderlik edir - YENİLƏNİB
Rusiya "Taliban"ı yaxın zamanda terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib
Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - YENİLƏNİB
Taliban nümayəndə heyəti məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib
Qırğızıstan “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər