Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) ABŞ və Böyük Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazırdır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Məhəmməd Nasir əl-Atefi bildirib.
"Amerikalılar, ingilislər və onlarla koordinasiya edənlər Yəmənin suveren qərarının gücünü başa düşməlidirlər", - əl-Atefi deyib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra "Ənsar Allah" hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini, gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücumlar edirlər.
Bu ilin yanvarın 12-də Böyük Britaniya və ABŞ qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada "Ənsar Allah" hədəflərinə ilk zərbələr endirib. Hədəflər raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin üsyançıların radar stansiyaları olub.
Oxşar xəbərlər
Britaniya esminesi Qırmızı dənizdə husilərin PUA-sını vurub
Husilər Ədən körfəzində yük gəmisini vurub
Britaniya və ABŞ yaxın günlərdə husilərə qarşı yeni sanksiya elan edəcək
Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













