Britaniya və ABŞ yaxın günlərdə husilərə qarşı yeni sanksiya elan edəcək
sizinxeber.az xəbər saytı

Britaniya və ABŞ yaxın günlərdə husilərə qarşı yeni sanksiya elan edəcək


Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları yaxın günlərdə husilərə qarşı yeni sanksiya elan edəcək.

“Sizinxeber.az” CNN-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

"Biz husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə yönələn hücumları maliyyələşdirmək məqsədilə istifadə etdikləri resurslarını kəsmək üçün əlimizdə olan ən təsirli vasitələrdən istifadə edəcəyik. Bu məsələdə ABŞ ilə sıx işləyirik və yaxın günlərdə yeni sanksiyalar elan etməyi planlaşdırırıq”, - o, bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsinin başlamasından sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

Oxşar xəbərlər

Husilər Ədən körfəzində yük gəmisini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətərin Baş naziri: “Yəmənə zərbələr gərginliyi artırır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər İsraillə əlaqəsi olduğu iddia edilən gəmilərə hücum ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər