sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik"
Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək niyyətindədirlər.
“Sizinxeber.az” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Mohamed Abdel Salam bildirib.
“Dəniz əməliyyatlarına gəlincə, onlar tam sürətlə davam edir. Biz əməliyyatların 12 saatdan aparılacağına ümid edirik”, - o vurğulayıb.
Qeyd edək ki, Yəmənin husi qiyamçıları dekabr ayından Qırmızı dənizdə gəmilərə hücum edir. Onların fikrincə, bu hücumlar fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Üsyançılar İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər hücumları davam etdirəcəkləri ilə hədələyirlər.
Oxşar xəbərlər
Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər
Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə yüzlərlə hücum etdiyini açıqlayıb
ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub
Çin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə çağırış edib
İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









