BMT Ukrayna münaqişəsinin tərəflərini mülki şəxslərin ölümünün qarşısını almağa çağırıb
BMT Ukrayna münaqişəsinin tərəflərini dinc əhali arasında itkilərdən qaçmağa çağırır.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə çağırdığı iclasında çıxış edən tərksilah məsələləri üzrə ali nümayəndənin müavini Adedeci Ebo bildirib.
"Mülki əhaliyə və mülki infrastruktura qarşı arasıkəsilməz hücumlar ciddi narahatlıq doğurmaqda davam edir. Silahlı münaqişənin bütün tərəfləri mülki insanları qorumaq və müvafiq beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun hərəkət etmək öhdəliyinə malikdir. Bu, qeyd-şərtsiz öhdəlikdir", - Ebo deyib.
“Bir daha deyirəm, mülki şəxslərə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq hüquqla qadağandır və bu cür hücumlar dərhal dayandırılmalıdır”, - o əlavə edib.
O, həmçinin qeyd edib ki, pilotsuz uçuş aparatlarından və raketlərdən istifadə mülki əhalinin itkisinə səbəb olur. Ebo vurğulayıb ki, onlardan istifadə həm də beynəlxalq humanitar hüquqa uyğun olmalıdır.
“BMT beynəlxalq hüquq normalarına, o cümlədən təşkilatın nizamnaməsinə və Baş Assambleyanın qətnamələrinə uyğun olaraq Ukraynada davamlı sülhün əldə olunması üçün fəaliyyətini davam etdirəcək”, - o fikirlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni əhalisi ilə bağlı ciddi tapşırıq vermişdim - Əliyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ ərəb ölkələrinin Qəzza ilə bağlı qətnaməsinin səsverməsini təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ Belqorod şəhəri ilə bağlı növbədənkənar iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












