Erməni əhalisi ilə bağlı ciddi tapşırıq vermişdim - Əliyev
Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
sx.buludhost.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib.
“Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər
Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır
Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır
Antiterror tədbiri: şəhidlərimizin sayı artdı
Ermənilərin yaydığı bu xəbər yalandır! - MN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













