sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Quterreş: Yaxın Şərqdə iki dövlət əsasında həll variantından imtina münaqişəni uzadacaq
Bir sıra ölkələrin Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin zəruriliyini tanımaq istəməməsi onu qeyri-müəyyən müddətə uzadacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı deyib.
"İsrail və Fələstin üçün iki dövlətli həll variantını tanımamaq qəbuledilməzdir. Bu, qlobal sülhə əsas təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq. Həm də qütbləşməni dərinləşdirəcək”, - Baş katib bildirib.
A.Quterreş əmindir ki, fələstinlilərin öz dövlətlərini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır.
Oxşar xəbərlər
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib
BMT Baş katibi İranda törədilən terror aktını pisləyib
BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb
Şri-Lanka Prezidenti: Qoşulmama Hərəkatı nüfuzlu bloka çevrilməlidir
BMT-nin Qəzzada 152 əməkdaşı ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













