BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb
BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağında münaqişə səbəbindən Yaxın Şərqdə artan gərginlikdən narahatdır və bütün tərəfləri regionda gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırır.
"Report"un məlumatına görə, bu barədə beynəlxalq təşkilatının rəhbərinin Ofisinin yaydığı bəyanatda deyilir.
Quterreş bütün region üçün dağıdıcı nəticələrə səbəb ola biləcək münaqişənin daha da genişlənməsindən ciddi narahatlığını ifadə edib.
“Baş katib bir daha beynəlxalq ictimaiyyətin bütün üzvlərini mümkün olan hər şeyi etməyə və regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün müvafiq tərəflərlə öz təsir imkanlarından istifadə etməyə çağırır. Qəzzada dərhal humanitar atəşkəsə, eləcə də bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır”, - bəyanatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.
Oxşar xəbərlər
Qəzza zolağında ölənlərin sayı 20,4 mini keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Halevi: Qəzzada müharibə aylarla davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 21,5 min nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












