BMT-nin Qəzzada 152 əməkdaşı ölüb
“Oktyabrın 7-dən bu yana BMT-nin 152 əməkdaşı Qəzzada öldürülüb ki, bu da təşkilatımızın tarixində ən böyük insan itkisi olub”.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş BMT-nin qərargah binasında jurnalistlərə açıqlamasında deyib.
BMT Baş katibi oktyabrın 7-də HƏMAS tərəfindən törədilən cinsi zorakılıq hallarının ciddi şəkildə araşdırılmasını və bu cinayətləri törədənlərin mühakimə olunmasını tələb edib:
“HƏMAS-ın yüzlərlə İsrail və digər ölkələrin vətəndaşlarının həyatına son qoyan və girovların vəhşicəsinə ələ keçirilməsi ilə nəticələnən dəhşətli 7 oktyabr hücumlarından 100 gündən çox vaxt keçir. Mən hər gün görüşdüyüm ailələrin çəkdikləri əziyyətləri düşünürəm.
Bir daha bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm. Onlara humanist münasibət göstərilməli və Qırmızı Xaçdan ziyarət və yardım almağa icazə verilməlidir. Bu cinayətlər ciddi şəkildə araşdırılmalı və bunu törədənlər mühakimə olunmalıdır. Heç kimsə mülki şəxslərin qəsdən öldürülməsinə, yaralanmasına və qaçırılmasına və eləcə də, mülki hədəflərə raketlərin atılmasına haqq qazandıra bilməz”.
A. Quterreş BMT-nin ağır itkilərinə baxmayaraq bölgədəki missiyasının aktiv şəkildə fəaliyyət göstərdiyini deyib: “BMT-nin əməkdaşları böyük təzyiq altında və heç bir təhlükəsizlik zəmanəti olmadan Qəzzaya humanitar yardımları çatdırmaq üçün əllərindən gələni edirlər. Biz Qəzzaya sürətli, təhlükəsiz, maneəsiz və davamlı humanitar giriş üçün çağırış etməyə davam edirik”.
Oxşar xəbərlər
BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb
Qəzzada Azərbaycan vətəndaşları var? - RƏSMİ CAVAB
BMT Baş katibi İranda törədilən terror aktını pisləyib
İsraillə HƏMAS arasında girov mübadiləsi ilə bağlı ciddi fikir ayrılığı mövcuddur
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












