Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək


Hindistanın müdafiə naziri Racnath Sinqh yanvarın 8-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londona ikigünlük səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərə görə, səfər zamanı təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

“Mən yanvarın 8-dən 10-dək Londonda səfərdə olacağam, britaniyalı həmkarım Qrant Şapps ilə ikitərəfli görüş keçirəcəyəm. Müdafiə, təhlükəsizlik və sənaye əməkdaşlığına dair geniş spektrli məsələlərin müzakirəsini səbirsizliklə gözləyirəm”, - o qeyd edib.

Bundan başqa, R.Sinqh Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron ilə də görüşəcək.

Oxşar xəbərlər

İranın xarici işlər naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Hindistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın xarici işlər naziri husiləri hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dokerinin regiona səfəri başlayır: bu gün İrəvana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər