Argentinanın futbol millisi beynəlxalq oyunlardan kənarlaşdırıla bilər
sizinxeber.az xəbər saytı

Argentinanın futbol millisi beynəlxalq oyunlardan kənarlaşdırıla bilər


Argentinanın futbol millisi beynəlxalq oyunlardan kənarlaşdırıla bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Argentina İdman Konfederasiyası qanunvericilikdə belə bir dəyişikliyə qarşı çıxıb.

Belə ki, futbol klublarının səhmdar cəmiyyət kimi tanınması ilə bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilərsə, beynəlxalq idman təşkilatları Argentina Futbol Assosiasiyasına qarşı sanksiyalar tətbiq edəcək.

Sanksiyalardan sonra Argentina futbol komandasının Amerika Kubokunda və Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakı risk altında olacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının nizamnaməsində dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub.

Argentina Prezidenti Xavyer Miley 2025-ci ilin dekabrın 31-dək iqtisadiyyat, səhiyyə və sosial sahələrdə fövqəladə vəziyyət elan edib. Ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv və ya onlara dəyişikliklər edir.

Oxşar xəbərlər

Argentinanın yeni prezidenti iqtisadiyyat sahəsində fövqəladə vəziyyət elan edib
Argentina Prezidenti maaşının hamısını bacısına verdiyini etiraf edib
Argentina Prezidenti ölkəsinin BRICS-ə üzv olmayacağı barədə rəsmi məlumat verib
Azərbaycanın futbol hakimlərinin Türkiyədə təlim-məşq toplanışı nəzərdə tutulub
Argentina Prezidenti Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər