Argentina Prezidenti maaşının hamısını bacısına verdiyini etiraf edib
sizinxeber.az xəbər saytı

Argentina Prezidenti maaşının hamısını bacısına verdiyini etiraf edib


Argentina Prezidenti Xavyer Miley maaşının hamısını bacısı Karinaya verdiyi üçün nə qədər aylıq məvacib aldığını bilmədiyini deyib.

“Sizinxeber.az” xəbər verir ki, siyasətçi bu barədə yerli “Canal 13” telekanalının efirində danışıb.

“Bilmirəm. Mən heç vaxt maaşımın miqdarına baxmamışam, pulumu (xərclənməsini-red) bacım idarə edir”, - Miley deyib.

Miley Prezident olmazdan əvvəl deputat idi və maaşını xüsusi portalda hamı arasında oyuna sərf edirdi. O, indi bunu etmir, çünki eyni vaxtda mühazirə oxumaqla artıq pul qazana bilmir.

Karina Miley Argentinanın yeni Prezidentinin sağ əli adlanır. O, inauqurasiya günü, dekabrın 10-da qardaşını müşayiət edib. Həmin gün Xavyer Miley qohumlarının dövlət vəzifələrinə təyinatını qadağan edən qaydanı dəyişdirərək bacısını Prezident Dəftərxanasının baş katibi təyin edib.

Oxşar xəbərlər

Argentinanın yeni prezidentindən Zelenskiyə təklif [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinanın yeni prezidenti iqtisadiyyat sahəsində fövqəladə vəziyyət elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər