Argentinanın yeni prezidenti iqtisadiyyat sahəsində fövqəladə vəziyyət elan edib
Argentina Prezidenti Xavyer Miley 2025-ci ilin dekabrın 31-dək iqtisadiyyat, səhiyyə və sosial sahələrdə fövqəladə vəziyyət elan edib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hökumət qəzetində dərc olunub.
“2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, vergi, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin”, – sənəddə deyilib.
Ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliklər edir.
Fərman dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda hökumət onu Konqresə təqdim etməli olacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.
Oxşar xəbərlər
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi
Bu idarə ləğv edildi - Fərman
Argentinanın yeni prezidentindən Zelenskiyə təklif
Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb
Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













