Peruda həbsxanada baş vermiş yanğında azı 5 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Peruda həbsxanada baş vermiş yanğında azı 5 nəfər ölüb


Perunun Uankayo şəhərində həbsxanada baş vermiş yanğın nəticəsində azı beş nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Milli Penitensiar İnstitutu məlumat verib.

“Dünən təxminən saat 21:30-da Uankayo həbsxanasının pavilyonundakı ayaqqabı emalatxanasında yanğın baş verib. Müəssisənin mühafizəçiləri dərhal yanğınsöndürmə xidmətinə məlumat veriblər və onlar 30 əməkdaş və 6 maşın göndəriblər”, – məlumatda deyilir.

Qurumun sözlərinə görə, beş nəfər boğularaq ölüb. “La Republica” qəzetinin məlumatına görə, 35 nəfər xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdə xəstəxanadadır. İlkin məlumatlara görə, yanğının səbəbi qısaqapanma olub.

Həbsxana 680 məhbus üçün nəzərdə tutulub, lakin orada 2 mindən çox insan saxlanılır.

Oxşar xəbərlər

Almaniyada festivalda yanğın nəticəsində 30 nəfər xəsarət alıb
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub
Bu ilin 6 ayında yanğınlarda 14 nəfər həlak olub, 46 nəfər xəsarət alıb
Cari ilin altı ayı ərzində yanğın zamanı 14 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər