Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borel Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.

"Report"un məlumatına görə, bu barədə Borel "X" sosial şəbəkəsində yazıb.

“Biz regionda apardığımız danışıqların nəticələrini gərginliyin azaldılması, Qəzzadakı humanitar fəlakəti yumşaltmaq və BMT-nin əvəzsiz rolunu gücləndirmək səyləri ilə müqayisə etdik”, - Borel qeyd edib.

Borel Yəmən üsyançılarının təhdidləri fonunda Qəzza zolağında nizamlanma və Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib. ABŞ-nin dövlət katibi Antoni Blinken də bu gün Səudiyyə Ərəbistanına səfər edib və burada Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə edəcək.

Oxşar xəbərlər

Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Blinkenlə nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin dövlət katibi BƏƏ-də səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenlə Fidan Vaşinqtonda nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borel Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər