ABŞ-nin dövlət katibi BƏƏ-də səfərdədir
sizinxeber.az xəbər saytı

ABŞ-nin dövlət katibi BƏƏ-də səfərdədir


ABŞ-nin dövlət katibi Antoni Blinken (Antony Blinken) Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) “X”də yazıb.

"ABŞ və Birləşmiş Ərəb Əmirlikləri regionda və onun hüdudlarından kənarda strateji tərəfdaşlığı bölüşürlər. Dövlət katibi Antoni Blinken regionda münaqişənin genişlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq üçün işimizi müzakirə etmək məqsədilə Əbu-Dabidədir", - o bildirib.

Qeyd edək ki, ABŞ-nin dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb. A.Blinken turne çərçivəsində artıq Türkiyə, Yunanıstan, Qətərdə səfərdə olub. BƏƏ-dən sonra növbəti ziyarət isə Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə olacaq.

Oxşar xəbərlər

Blinken: G7 Yaxın Şərq nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Blinkenlə nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenlə Fidan Vaşinqtonda nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: İsveç tezliklə NATO-ya qoşulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər