Macarıstan “Transparency İnternational” təşkilatını qərəzli olmaqda ittiham edib
sizinxeber.az xəbər saytı

Macarıstan “Transparency İnternational” təşkilatını qərəzli olmaqda ittiham edib


Macarıstan hökuməti beynəlxalq qeyri-hökumət təşkilatı “Transparency İnternational”ın (TI) ölkə üzrə filialını qərəzli olmaqda və Qərb sponsorlarından siyasi sifarişlər almaqda ittiham edib.

“Report”un məlumatına görə, bu barədə Macarıstanın Milli Suverenliyinin Müdafiəsi İdarəsinin “Magyar Nemzet” qəzetində dərc olunan hesabatında deyilir.

Qeyd olunub ki, təşkilatın filialı həm Corc Soros tərəfindən maliyyələşdirilir, həm də Macarıstan müxalifətinin tərəfdarlarından - Avropa Komissiyasından və Amerikanın Avropa siyasətinin "Troya atı" olan “Alman Marşal Fondu”ndan vəsait alır.

“Təşkilatın Macarıstan filialını həm maliyyə vəziyyəti, həm də fəaliyyəti baxımından müstəqil adlandırmaq olmaz, çünki o, qlobal maraq qruplarının xidmətindədir. Onu, həmçinin şəffaf da adlandırmaq olmaz, çünki o, Milli Suverenliyin Müdafiəsi İdarəsi ilə əməkdaşlıqdan imtina edib və xarici təşkilatlarla bağladığı müqavilələrə çıxışı təmin etməyib”, - məlumatda vurğulanıb.

Nəşr aydınlaşdırıb ki, macarəsilli amerikalı maliyyəçi Soros özünün Açıq Cəmiyyət Fondundan xaricdə siyasi maraqlarını təbliğ etmək üçün istifadə edir. Macarıstan hökuməti milyarderi az qala özünün əsas düşməni hesab edir və onun ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq cəhdlərini dəfələrlə qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyası “Transparency İnternational” təşkilatının “hesabatlarına” əsaslanaraq Macarıstan hökumətini “cəzalandırmaq” qərarına gəlib. Guya Budapeşt korrupsiya ilə mübarizədə kifayət qədər səy göstərmir.

Xatırladaq ki, Brüssel bir neçə ildir ki Budapeştə olan əhəmiyyətli vəsaiti Aİ-nin ümumi fondlarından saxlayır.

Oxşar xəbərlər

Macarıstan Avropa İttifaqı tərəfindən bloklanan 75 milyon avronu alıb
İlham Əliyev: Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır
Macarıstan Bolqarıstanı Şengen zonasına buraxdı
Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək istəməkdə ittiham edib
Macarıstan və Slovakiya AK ilə məsləhətləşmələrə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər