Çinli hakerlər Trampa bağlı QHT-yə hücumda şübhəli bilinir
sizinxeber.az xəbər saytı

Çinli hakerlər Trampa bağlı QHT-yə hücumda şübhəli bilinir


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla əlaqəli qeyri-kommersiya təşkilatı “Amerika hər şeydən əvvəl” Siyasi İnstitutu ÇXR ilə əlaqəli hakerlərin hücumuna məruz qalıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Trampın ikinci prezidentlik müddətinə siyasət təklifləri, habelə vəzifələr və agentliklər üçün tövsiyələr hazırlayan institutun onlayn hesabları silinib.

Qəzetin yazdığına görə, QHT-nin rəhbərliyinə Tramp administrasiyasının bir çox keçmiş əməkdaşları daxildir. Təşkilatın özü də baş verənlərdən təəccüblənməyib və hücumu “Amerikanı yenidən möhtəşəm edək” hərəkatındakı aparıcı rolu ilə əlaqələndirib.

Oxşar xəbərlər

İranlı hakerlər Trampın seçki qərargahına məxsus sənədləri ələ keçirib
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
WP: İranlı hakerlər Tramp və Baydenin seçki kampaniyasına hücum ediblər
ABŞ-da prezidentliyə namizəd təhdid edilir
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle