Livan BMT TŞ-nin 1701 saylı qətnaməsinə sadiqdir və atəşkəsə çağırır
sizinxeber.az xəbər saytı

Livan BMT TŞ-nin 1701 saylı qətnaməsinə sadiqdir və atəşkəsə çağırır


Livan hökuməti 2006-cı ildə müharibəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına sadiqliyini təsdiqləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati Beyrutda mətbuat konfransında çıxışı zamanı deyib.

O, hamını atəşkəsə çağırıb, amma eyni zamanda qeyd edib ki, Livan ordusunu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə sərhədi qorumaq üçün cənuba göndərməyə hazırdırlar.

Qeyd olunur ki, o, bu bəyanatı ölkə parlamentinin sədri Nəbih Berri və druz dağ icmasının siyasi lideri Valid Cumblatın iştirakı ilə verib.

Xatırladaq ki, daha əvvəl BMT Baş katibi Antoniu Quterriş Livandakı eskalasiyanın miqyasının BMT Təhlükəsizlik Şurasının İsrail və “Hizbullah”ın gərginliyin azaldılması üzrə öhdəliklərini əks etdirən 1701 saylı qətnaməsini sual altına qoyduğunu bildirmişdi.

Oxşar xəbərlər

Quterreş: Livanda eskalasiya BMT TŞ-nin 1701 saylı qətnaməsini sual altına qoyur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livan Baş naziri: İsraillə böhranın diplomatik həldən başqa yolu yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanın Baş naziri: Livan özünü hər cür müdafiə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İordaniya XİN Livanın cənubunda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT İsrail və “Hizbullah”a çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər