Tayvanda “Kraton” tayfunu nəticəsində ölən və yaralananlar var
Tayvanda təxminən son 60 ilin ən güclüsü olan “Kraton” tayfununun adanın cənub-qərbinə yaxınlaşması nəticəsində 1 nəfər ölüb, 70 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Tayvanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Fövqəladə Qərargahı məlumat yayıb.
Məlumata görə, tayfunun mərkəzi Qaosyun limanından 100 km cənub-qərbdə yerləşir, onun daxilində küləyin sürəti 50 m/s-ə çatır. Tayfunun oktyabrın 2-də gecə saatlarında sahilə çatacağı gözlənilir.
Qeyd edək ki, “Kraton” tropik fırtınası sentyabrın 28-də Filippin yaxınlığında yaranıb, ertəsi gün isə tayfuna çevrilib. Onun təxminən son 60 ildəki ən güclü tayfun olması səbəbilə Tayvanda fırtına xəbərdarlığı elan edilib, çərşənbə gününə planlaşdırılan bütün daxili reyslər ləğv olunub.
Oxşar xəbərlər
Tayvandakı zəlzələdə ölənlərin sayı artdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Filippində 77 min insan "Kraton" qasırğasından zərər çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyada qasırğa nəticəsində 336 aviareys təxirə salınıb, 16 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tayvanda 5,5 bal gücündə zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












