Bavariya Baş naziri: Almaniya Silahlı Qüvvələrinə “dron ordusu” lazımdır
sizinxeber.az xəbər saytı

Bavariya Baş naziri: Almaniya Silahlı Qüvvələrinə “dron ordusu” lazımdır


Almaniya ordusunun özünü potensial təhlükələrdən müdafiə edə bilməsi üçün modernləşməyə ehtiyacı var.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bavariya regionunun Baş naziri Markus Zöder deyib.

“Biz ölkəmizi yüz faiz müdafiəqabiliyyətli etməliyik”, – o qeyd edib. Siyasətçinin sözlərinə görə, yeni təhlükələrə qarşı yeni texnologiyalardan istifadə edilməlidir.

“Buna görə də silahlı qüvvələrimizə yüz minlik dron ordusu lazımdır”, – region lideri vurğulayıb.

Onun fikrincə, Almaniyanın yeni kazarmaları olan müasir infrastruktura ehtiyacı var.

Qeyd edək ki, Zöder Xristian Demokratik İttifaqı ilə birlikdə Bundestaqda ən böyük müxalifət fraksiyasını təşkil edən Xristian Sosial Birliyinə rəhbərlik edir.

Oxşar xəbərlər

İsrail Qəzzada müharibə səbəbindən bələdiyyə seçkilərini ertələyib
Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
Almaniyanın keçmiş maliyyə naziri vəfat edib
Bundesliqa: “Bayer”dən darmadağın, “Bavariya”dan səfər qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər