Almaniyanın keçmiş maliyyə naziri vəfat edib
sizinxeber.az xəbər saytı

Almaniyanın keçmiş maliyyə naziri vəfat edib


Bundestaqın keçmiş spikeri, uzun müddət Almaniyanın bir sıra hökumətlərində daxili işlər və maliyyə naziri olmuş, Xristian Demokrat İttifaqının (CDU) tanınmış siyasətçisi Volfqanq Şöyble 81 yaşında vəfat edib.

APA DPA-ya istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Şöyble Almaniya siyasətində təxminən yarım əsrlik karyerası ərzində bir sıra mühüm vəzifələrdə çalışıb. Qərbi Almaniyanın daxili işlər naziri kimi o, Almaniyanın birləşməsinə böyük töhfə verib və 1990-cı ildə seçkiqabağı mitinqdə ruhi xəstə tərəfindən güllələndikdən sonra belə siyasəti tərk etməyib. Sui-qəsd nəticəsində Şöyblenin bədəninin aşağı hissəsi iflic olub və əli arabasına məhkum olub.

O, 2009-cu ilin oktyabrında dünyanın maliyyə nizamının pozulması təhlükəsi yaranan zamanda kansler Angela Merkelin maliyyə naziri olub. Maliyyə naziri kimi o, Avropanı borc böhranından çıxarmaq üçün sərt qənaət tədbirlərinin mərkəzi fiquru kimi xatırlanır.

Oxşar xəbərlər

Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin ticarət naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri Ermənistandadır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər