ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start verilib.
Axar.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli idi, lakin məğlub olan "Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb.
Qeyd edək ki, bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Real Sosyedad” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) 0 – 1 “Bavariya” (Almaniya)
00:00. “Kopenhagen” (Danimarka) 1 – 0 “Qalatasaray” (Türkiyə)
Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.
B qrupu
21:45. “Lans” (Fransa) 2 – 1 “Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) 1 – 1 “Arsenal” (İngiltərə)
Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2.
C qrupu
00:00. “Napoli” (İtaliya) 2 – 0 “Braqa” (Portuqaliya)
00:00. “Union” (Berlin, Almaniya) 2 – 3 “Real” (İspaniya)
Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2.
D qrupu
00:00. “İnter” (İtaliya) 0 – 0 “Real Sosyedad” (İspaniya)
00:00. “Zaltsburq” (Avstriya) 1 – 3 “Benfika” (Portuqaliya)
Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, “Benfika” - 4, “Zaltsburq” – 4.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Çempionlar Liqası: “Mançester Yunayted”lə “Qalatasaray” məğlub oldu
ÇL: PSJ və "Porto" növbəti mərhələdə
Çempionlar Liqası: PSJ “Milan”ı darmadağın etdi, “Nyukasl” səfərdə məğlub oldu - VİDEO
Əliyar Ağayev “Mançester Siti”nin Çempionlar Liqasındakı oyununu idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













