Netanyahu: İran İsrailə hücuma görə cavab verəcək
İsrailin Baş naziri Binyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu “böyük səhv” adlandırıb və Tehranın bunun bədəlini ödəyəcəyini deyib.
"Report"un məlumatına görə, bunu B.Netanyahu İsrail televiziyasında yayımlanan müraciətində bildirib.
"İran bu gün böyük səhv etdi və bunun bədəlini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini başa düşmür", - müraciətdə deyilir.
“Biz müəyyən etdiyimiz qaydaya əməl edəcəyik: kim bizə hücum edirsə, biz də ona hücum edirik”, - Baş nazir əlavə edib.
Netanyahu İranın hücumunu uğursuz adlandırıb. "Bu hücum uğursuz oldu. Bunun qarşısı dünyanın ən qabaqcıl olan İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən alındı. Müdafiəmizə verdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edirəm", - o deyib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.
Oxşar xəbərlər
İsrail Baş nazirinin Ofisi: İran 180-ə yaxın raket atıb, onların əksəriyyəti dəf edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: İranın hücumu hava qüvvələrinin döyüş qabiliyyətinə zərər verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İrana cavab hücumu ilə bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: İranın İsrailə hücumu uğursuz oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Benyamin Netanyahu: Bizə hücum edən hər kəs hərəkətlərinin əvəzini ağır ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












